ABŞ demokratları arasında qarşıdan gələn prezident seçkilərində sabiq birinci xanım Mişel Obamaya namizədliyini qəbul edə biləcək ABŞ prezidenti Co Baydenin “geniş jesti” ilə bağlı şayiələr yayılır. Bu barədə Almaniyanın “Der Spiegel” jurnalı yazır.
ABŞ-da qarşıdan gələn seçkilərdə belə dönüşün mümkünlüyü o qədər ciddi müzakirə olunur ki, Demokratlar Partiyası əhalinin sosioloji sorğularına müvafiq sualı daxil edib. Bukmeker kontorları da Mişel Obamanı noyabrda keçiriləcək prezident seçkilərində ən perspektivli potensial namizədlərdən biri kimi görməkdə davam edir.
Mişel Obama özü siyasətə qarışmaq istəmədiyini bildirir, çünki siyasəti “çirkli iş” hesab edir. "Der Spiegel" jurnalı sabiq birinci ledinin populyarlığını qismən bununla əlaqələndirir. Obamaya marağın artması həm də onunla izah olunur ki, “ABŞ tarixində heç vaxt bu qədər populyar olmayan iki namizəd qarşı-qarşıya gəlməyib”.
ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. Hazırkı prezident Co Bayden və əvvəlki prezident Donald Tramp dövlət başçısı postu uğrunda mübarizə aparır.
S.ELAY
XQ