Nümayəndələr Palatasındakı Demokratlar Partiyasının lideri Hakim Ceffris ABŞ-ın Rusiya-Ukrayna münaqişəsinə müdaxilə etməsinə ehtiyac ola bilər. Onun sözlərinə görə, Amerika qoşunlarının göndərilməsi istisna edilmir.
“Biz Ukraynanın çökməsinə imkan verə bilmərik. Əgər bu, baş verərsə, Amerikanın təkcə bizim pulumuzla deyil, həm də hərbi personalımızla münaqişəyə müdaxilə etməli olması ehtimalı böyükdür”, - H.Ceffris CBS News-a bildirib. Demokratın fikrincə, Rusiya prezidenti Vladimir Putin Rusiya Ukraynada qalib gəlsə, “dayanmayacaq” və NATO ölkələrini hədələyəcək.
Amerika hakimiyyəti dəfələrlə Ukraynaya qoşun göndərməyəcəklərini bəyan edib. Belə ki, aprelin əvvəlində dövlət katibi Antoni Blinken Vaşinqtonun münaqişənin gərginləşməsi riskinə görə ordunun göndərilməsinə qarşı olduğunu bildirib. O qeyd edib ki, bu, prezident Co Baydenin mövqeyidir. Son aylarda Fransa prezidenti Emmanuel Makron dəfələrlə qoşun göndərilməsinin mümkünlüyündən danışıb. Onun sözlərindən sonra bəzi NATO ölkələri belə planların olmadığını bəyan edib, bəziləri isə bu məsələnin müzakirəsini dəstəkləyib.
S.ELAY
XQ