Qeydə alınmış 71 cinayətin açılması təmin olunub

post-img

Mayın 5-də ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Məlumatı DİN mətbuat xidməti verib. 

Axtarışda olduğuna görə ümumilikdə 36, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

P.ƏMİRCANOV
XQ

Sosial həyat