Qəbələdə yük avtomobili yanıb

post-img

Qəbələ rayonunda “Ford” markalı yük avtomobili yanıb. Məlumatı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti verib. 

Məlumata görə, hadisə rayonun Hacıalılı kəndində baş verib. Avtomobilin yanar hissələri alışıb. 

Nazirliyin müvafiq qurumları tərəfindən yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb. 

P.ƏMİRCANOV
XQ

Hadisə