Fidan Blinkenlə Qəzzanı müzakirə edib

post-img

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ər-Riyadda ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsindəki hesabında deyilir.

Məlumatı “Anadolu” verib. 

“Nazirimiz Hakan Fidan Ər-Riyadda amerikalı həmkarı Antoni Blinkenlə görüşüb. Türkiyə diplomatiyasının rəhbəri Qəzza üzrə Təmas Qrupunun işində iştirak etmək üçün Səudiyyə Ərəbistanına gəlib”.

Səfər çərçivəsində Fidan bir sıra ölkələrdən olan həmkarları ilə ikitərəfli görüşlər keçirib.

P.ƏMİRCANOV
XQ

Dünya