Polşada Rusiya və Belarusla sərhədin minalanmasını təklif etdilər

post-img

Polşa milli müdafiə nazirinin keçmiş müavini general Valdemar Skrzypçak ölkənin Rusiya və Belarusla sərhədini minalamağı təklif edib. Bu barədə Delfi yazır.

General hesab edir ki, indi sərhədlər boyu laylı mina sahələri yerləşdirmək lazımdır.

Mart ayında Latviya Rusiya və Belarusla sərhəddə beton bloklar qoymağa başlayıb. Əsgərlər üçün müdafiə mövqelərinin, müxtəlif maneələrin qurulması, silah-sursat anbarlarının yerləşdirilməsi və tank əleyhinə səngərlərin qazılması da nəzərdə tutulub.

Bundan əvvəl Belarus Sərhəd Komitəsi məlumat vermişdi ki, sərhəd-keçid məntəqələrində Latviya və Litva kəşfiyyatçıları rusları və belarusları işə cəlb etməyə cəhd edirlər.

Aprelin 20-də Litvanın Müdafiə Nazirliyinin rəhbəri Laurinas Kasciunas və respublikanın daxili işlər naziri Aqne Bilotaite sərhəd təhlükəsizliyinin mümkün qədər tez hərtərəfli gücləndirilməsi barədə razılığa gəliblər.

S.ELAY

XQ

Dünya