Şahmatçımız Avropa çempionluğunun bir addımlığında

post-img

Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva Yunanıstanın Rodos adasında təşkil edilən qadın şahmatçılar arasında Avropa çempionatında qızıl medalın bir addımlığındadır. 

Bu gün qitə çempionatında son turun partiyaları oynanılacaq. 9 turdan sonra aktivində 8 xalı olan şahmatçımız turnir cədvəlinə başçılıq edir. Ən yaxın izləyicisini 1 xal qabaqlayan Ü.Fətəliyevaya karyerasında ilk dəfə Avropa çempionu olmaq üçün yarım xal qazanmaq kifayət edəcək. Şahmatçılarımızdan Günay Məmmədzadə və Xanım Balacayeva müvafiq olaraq 5 və 9-cu yerlərdə qərarlaşıb. Son turun nəticələrindən asılı olaraq hər ikisi mükafatçılar sırasında yer ala bilər.

L.SABİRQIZI
XQ

İdman