Çin Yaponiyanın yarımkeçirici ixracını sərtləşdirmək planlarından narahatdır

post-img

Çin Xalq Respublikasının Ticarət Nazirliyi Yaponiyanın yarımkeçirici məhsulların bəzi növlərinə ixrac nəzarətini tətbiq etmək planlarını şərh edib. Agentlik bunun qlobal təchizat zəncirlərində sabitliyə zərər verə biləcəyinə inanır.

Nazirliyin press-relizində qeyd edilir ki, yarımkeçiricilər sənayesi “bazar qaydaları və müəssisə seçimlərinin birgə təsiri” nəticəsində “yüksək dərəcədə qloballaşır”. Ticarət Nazirliyi əmindir ki, Yaponiyanın təklif etdiyi tədbirlər “Çin və Yapon şirkətləri arasında ticarət mübadiləsinə ciddi təsir edəcək” və digər müəssisələrə də ziyan vuracaq.

“Çin bundan ciddi narahatdır... ÇXR Yaponiyanı ikitərəfli ticarət və iqtisadi əlaqələrin ümumi vəziyyətini nəzərə almağa, yanlış təcrübələri dərhal düzəltməyə və qlobal sənaye təchizat zəncirlərinin sabitliyini birgə qorumağa çağırır. Çin öz müəssisələrinin qanuni hüquq və maraqlarını qətiyyətlə qorumaq üçün lazımi tədbirlər görəcək”, - nazirlik əmin edib.

Keçən həftə Yaponiya hökuməti yarımkeçiricilərlə əlaqəli bəzi avadanlıqlara və qabaqcıl materiallara ixrac nəzarətini gücləndirmək planlarını açıqlayıb. Xüsusilə Tokio şirkətlərdən hərbi məqsədlər üçün istifadə oluna biləcək avadanlıq və materialları ixrac etməzdən əvvəl dövlət qurumlarına məlumat vermələrini tələb etmək istəyir. Fevral ayında Yaponiya hakimiyyəti yarımkeçiricilərin dizaynı və istehsalı üçün hissələri Rusiyaya tədarükü qadağan edilən mallar siyahısına daxil edib.

Xatırladaq ki, Tayvan yarımkeçirici istehsalında dünya lideridir. Bəzi hesablamalara görə, hazırda smartfonlarda və süni intellektli kompüterlərdə istifadə edilən çiplərin 80-90%-ə qədəri Tayvanda istehsal olunur. Çin adanı öz ərazisi hesab edir.

S.ELAY

XQ

Dünya