Patriot və NASAMS üçün raketlər

post-img

ABŞ Ukrayna üçün geniş miqyaslı silah alacağını açıqladı

Amerika Birləşmiş Ştatları (ABŞ) amerikalı sənayeçilərin Ukrayna üçün silah istehsalına 6 milyard dollar ayırır. UNİAN müxbirinin verdiyi məlumata görə, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin virtual formatda keçirilən Ukraynanın müdafiə məsələləri üzrə təmas qrupunun (Ramşteyn-21) iclasından sonra keçirilən brifinqdə deyib.

ABŞ müdafiə naziri qeyd edib ki, Ramşteyn formatının iştirakçıları Ukraynaya təhlükəsizlik yardımı üçün 95 milyard dollardan çox vəsait ayırmağa söz veriblər.

Bununla bağlı o xatırladıb ki, ABŞ prezidenti Co Bayden öz imzası ilə Ukraynaya 60,8 milyard dollar məbləğində əlavə yardımın ayrılması haqqında qanun qəbul edib.

“Bu, ABŞ-a hərbi anbarlarımızdan kritik hava hücumundan müdafiə, artilleriya və zireh imkanlarını dərhal Ukraynaya göndərməyə imkan verəcək”, - Ostin bildirib.

Bununla belə, Ostin bu gün Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü çərçivəsində ABŞ-ın əlavə 6 milyard dollar öhdəliyini elan etməkdən məmnun olduğunu söyləyib.

"Bu, Amerika sənayesindən satınalmalar vasitəsilə Ukrayna üçün yeni imkanlar sifariş etməyə imkan verəcək", - Ostin vurğulayıb.

ABŞ müdafiə naziri əlavə edib ki, bunlar ABŞ-ın Ukraynaya kömək etmək üçün üzərinə götürdüyü ən böyük öhdəliklərdir. Sifarişə Patriot və NASAMS hava hücumundan müdafiə sistemləri üçün zəruri tutucuların, daha çox əks-dron sistemlərinin, əhəmiyyətli miqdarda artilleriya sursatlarının və hava-yer döyüş sursatlarının alınması daxildir. Vəsaitlər, həmçinin mövcud obyektlərin texniki təminatı və texniki dəstək ehtiyaclarını ödəyəcək.

S.ELAY

XQ

 

Dünya