Hakan Fidan: İraqla 20 sənəd imzalanacaq

post-img

Türkiyə və İraq Prezident Rəcəb Tayyib Ərdoğanın Bağdada bugünkü səfəri zamanı imzalanacaq 20-dən çox sazişlə bağlı ilkin razılığa gəlib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan İstanbulda mavritaniyalı həmkarı Mohamed Salem Ould Merzukla birgə mətbuat konfransında məlumat verib. Xəbəri “Anadolu” verib. 

Fidanın sözlərinə görə, səfərin məqsədi iki ölkə arasında münasibətlərin regional sabitliyə, çiçəklənməyə və inkişafa töhfə verməsini təmin etməkdir. Tərəflər uzun müddətdir ki, təhlükəsizlik, enerji, kənd təsərrüfatı, su ehtiyatları, səhiyyə və təhsil sahələrində qarşılıqlı fəaliyyət göstərirlər.

Hakan Fidan bildirib ki, Prezident Ərdoğan səfəri çərçivəsində Bağdad və Ərbilə səfər edəcək.

Türkiyə lideri ilə İraq Prezidenti Əbdül Lətif Rəşid və ölkənin baş naziri Məhəmməd Şia əl-Sudani arasında danışıqlar planlaşdırılır.

P.ƏMİRCANOV
XQ

Dünya