Peskov rusların Fransadakı əmlakına həbs qoyulmasını pisləyib

post-img

Fransada Rusiya vətəndaşlarının əmlakına həbs qoyulması qanunsuzdur və bu ölkənin hüquq sisteminin əsaslarını sarsıdır. Belə bir bəyanatla RF prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib. Məlumatı “İnterfaks.ru” verib. 

Brifinqdə Reskovdan rusiyalı iş adamı Artur Oçeretninin Biarritz yaxınlığındakı villasının həbsinə münasibət bildirməsi xahi edilib: “Bu, şəxsi mülkiyyətdir və buna görə də xüsusi mülkiyyətə hər hansı müdaxilə qanunların pozulmasıdır və apriori qeyri-qanunidir. Fransa hakimiyyəti bu yolla ölkənin hüquq sisteminin əsaslarını sarsıdır".

 

P.ƏMİRCANOV

XQ

Dünya