Litva Rusiya taxılının alışını bərpa edib

post-img

2024-cü ilin fevralında Litva Rusiyadan 1,95 milyon avroya 12,2 min ton taxıl alıb.

Həmçinin qışın sonunda Latviya idxalını artıraraq Rusiyadan 10 milyon avroya 58,8 min ton taxıl alıb. Avropa İttifaqı (Aİ) ölkələri bütövlükdə fevralda 16,9 milyon avroya 92,6 min ton Rusiya taxılı alıb.

Litva 2023-cü ilin mayında Rusiya taxılının idxalını dayandırıb. Son çatdırılma elə həmin ilin iyulunda edilib.

Mart ayında Litvanın Kənd Təsərrüfatı Nazirliyi Rusiya və Belarusdan Aİ-yə taxıl idxalına qadağa qoymağa çağırıb. Departament Avropa Komissiyasına (AK) müvafiq müraciət göndərib və ona Latviya, Estoniya, Polşa və Çex Respublikasına kənd təsərrüfatı nazirləri də qoşulub. Polşa AK-ni Rusiya və Belarus məhsullarına tam qadağa tətbiq etməyə çağırıb.

XQ

Dünya