Ukraynada münaqişəni həll etmək üçün şəxsi maraq güdülməsinə deyil, sülh və sabitliyə diqqət yetirmək lazımdır. Bu sözləri aprelin 16-da Pekinə üç günlük səfərə gəlmiş Almaniya kansleri Olaf Şolts ilə görüşdə Çin Sədri Si Cinpin deyib. Məlumatı “İnterfaks.ru” verib.
Si Ukraynada sülhün əldə olunmasına kömək edəcək dörd prinsipi qeyd edib. Onun sözlərinə görə, bunun reallaşması üçün bütün tərəflərin birgə işləməsi çox vacibdir.
“Birincisi, biz sülh və sabitliyin ümumi vəziyyətinə diqqət yetirməliyik və eqoist maraqlar güdməməliyik. İkincisi, vəziyyəti səritlətməli və odun üstünə yağ tökməməliyik. Üçüncüsü, biz sülhün bərpası üçün şərait yaratmalı və münaqişələrin daha da genişlənməsinə yol verməməliyik. Dördüncüsü, biz qlobal iqtisadiyyata mənfi təsiri azaltmalı və qlobal sənaye və təchizat zəncirlərinin sabitliyini pozmamalıyıq”, - deyə Si Cinpin bildirib.
P.ƏMİRCANOV
XQ