Türkiyə hava məkanında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin iştirakı ilə təlimlər keçirilir. Məqsəd havada yanacaqdoldurma əməliyyatlarını həyata keçirməkdir. Xəbəri Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatına istinadən “Anadolu” verib.
Məlumata görə, təlim əvvəlcədən planlaşdırılıb və bölgədəki son hadisələrlə heç bir əlaqəsi yoxdur.
Nazirlik xatırladıb ki, sözügedən hadisələrlə bağlı məlumat aprelin 4-də Türkiyə Müdafiə Nazirliyində keçirilən brifinqdə təqdim edilib.
“Aprelin 15-i və 17-də Türkiyənin F-16-larının müşayiəti ilə hava məkanımızda Amerika təyyarələri tərəfindən həyata keçiriləcək havada yanacaqdoldurma və Birgə Hücuma Nəzarət təlimi iki müttəfiq tərəfindən çox əvvəldən planlaşdırılıb. Bu təlimlərin regionda baş verən son hadisələrlə heç bir əlaqəsi yoxdur”, - deyə məlumatda bildirilir.
P.ƏMİRCANOV
XQ