İdmançılar üçün “uçan” ayaqqabı

post-img

Süni intellekt mürəkkəb problem­ləri həll etməklə yanaşı, idmançıları da düşünür. 

Belə ki, Parisdə Yay Olimpiya Oyun­larına hazırlıq çərçivəsində inklüziv idman ayaqqabıları ictimaiyyətə təq­dim olunub. Neyroşəbəkənin yaratdığı ayaqqabılar “Air” (Hava) adlanır. İdman­çılara basketbol meydançası və ya qa­çış yolu üzərində, sözün əsl mənasında “uçmağa” imkan verir.

Bu ayaqqabı növünü yaratmağa başlamazdan əvvəl süni intellekt məş­hur idmançıların idman ayaqqabılarını necə rahat düzəldilməsi barədə arzula­rını öyrənib. Hesab olunur ki, idmançılar üçün istehsal olunan ayaqqabılar təkcə dizaynı ilə deyil, həm də rahatlığı və çox­yönlü olması ilə seçilməlidir.

S.FİDAN
XQ

Dünya