ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir

post-img

Birləşmiş Ştatlar Yaxın Şərqə əlavə qüvvələr göndərir ki, orada yerləşdirilən qoşunların mühafizəsini gücləndirsin. Bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi açıqlama verib.

“Biz regional çəkindirmə səylərini dəstəkləmək və ABŞ qoşunlarının təhlükəsizliyini gücləndirmək üçün bölgəyə əlavə qüvvələr yerləşdiririk. Hazırda başqa məlumatımız yoxdur”, - deyə hərbi rəsmi bildirib.

Onun şərhləri İranın Dəməşqdəki konsulluğuna son hücuma cavab olaraq İranın İsrailə gözlənilən zərbəsi ilə bağlı narahatlıqlar fonunda səslənir.

S.ELAY

XQ

Dünya