Bu gün Ural çayında suyun səviyyəsi daha təhlükəli həddə çata bilər

post-img

Orenburqda Ural çayının səviyyəsi son 24 saat ərzində 25 santimetr artıb, tezliklə təhlükəli səviyyəyə çata bilər. Bu barədə şəhər meriyasının məlumatında deyilir. Xəbəri “İnterfaks.ru” verib.  

“Orenburq Hidrometeorologiya Mərkəzinin məlumatına görə, aprelin 9-da saat 8:00-da Uralın hündürlüyü 897 santimetrə qalxaraq 930 sm təhlükəli səviyyəyə çatıb”, - məlumatda deyilir.

“Mütəxəssislərin proqnozlarına görə, suyun səviyyəsi bu gün yüksələcək və sabah aprelin 10-da pik həddə çatacaq. Daşqın zonasında yerləşən Orenburq sakinləri evlərini tərk etməlidirlər”, - meriyanın məlumatında deyilir.

Bu arada, Tatarskaya Karqala qəsəbəsi yaxınlığındakı Sakmara çayının səviyyəsi son 24 saatda 22 santimetr artıb, onun səviyyəsi hazırda 805 sm, təhlükəlilik dəyəri 870 sm-dir.

Bundan əvvəl Orenburq meri Sergey Salmin bölgədəki daşqın vəziyyətini “görünməmiş fəlakət” adlandırıb, sonuncu dəfə suyun belə yüksək səviyyəsi ötən əsrin ortalarında qeydə alınıb.

P.ƏMİRCANOV

XQ

Dünya