Çexiya XİN: NATO və Aİ Ukrayna münaqişəsinə son qoymalıdır

post-img

NATO və Avropa İttifaqı (Aİ) Ukraynadakı münaqişəyə son qoymaq strategiyasını müzakirə etməlidir. Bu barədə çərşənbə günü, aprelin 3-də Çexiyanın xarici işlər naziri Yan Lipavski məlumat verib.

“Rusiya ilə bağlı strategiyamız ətrafında nə NATO, nə də Aİ-də ümumi müzakirələr aparılmır. Məncə, bu səhvdir. Belə bir müzakirə zamanı Ukraynadakı “münaqişənin” necə bitməli olduğunu müzakirə etmək lazımdır”, - Lipavski DW-yə müsahibəsində bildirib .

Lipavski həmçinin bildirib ki, Rusiya ilə sülhün bərqərar olunması məsələsi müzakirə edilərkən Ukraynanın da səsvermə hüququ olmalıdır. O, Qərbin Kiyevə şərt qoymasını “ən böyük səhv” hesab edir.

O, münaqişənin “dondurulmasının” əleyhinə çıxış edib. Çünki onun sözlərinə görə, münaqişə 2014-cü ildən eyni vəziyyətdədir və indi də davam edir. Diplomat həmçinin qeyd edib ki, bu təşəbbüs “Avropa qitəsinə ədalətli və davamlı sülh gətirməyəcək”.

P.ƏMİRCANOV
XQ

Dünya