Fransa müdafiə nazirinin Şoyquya təcili zəngi

post-img

Rusiya və Fransanın müdafiə nazirləri Sergey Şoyqu və Sebastyan Lekornu arasında telefon danışığı zamanı Ukrayna üzrə dialoqa hazır olduqları qeyd olunub. Məlumatı Rusiya Müdafiə Nazirliyinə istinadən “İnterfaks” verib.

“Ukrayna üzrə dialoqa hazırlıq qeyd olunub. Başlanğıc nöqtələri İstanbul Sülh Təşəbbüsünə əsaslana bilər. Rusiyanın iştirakı olmadan Cenevrədə görüşün keçirilməsi mənasızdır”, - Şoyqu və Lekornu arasında aparılan danışıqlardan sonra verilən açıqlamada deyilir.

Rusiya MN danışıqların Parisin təcili tələbi ilə aparıldığını vurğulayıb. Şoyqu ilə Lekornu arasında əvvəlki telefon danışığı 2022-ci ilin oktyabrında qeydə alınıb.

P.ƏMİRCANOV
XQ

Dünya