FHN köməksiz vəziyyətdə qalanları xilas edib

post-img

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində iki halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub. Xəbəri FHN mətbuat xidməti verib.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub və hər iki şəxsə köməklik göstərilib.

Nazirliyin qaynar xəttinə Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşların evdə köməksiz vəziyyətdə qalması barədə də məlumat daxil olub. FHN-nin Bakı Regional Mərkəzinin müvafiq qüvvələri evdə köməksiz vəziyyətdə qalan 4 nəfəri təhlükəsiz əraziyə təxliyə edib.

Bakının Nəsimi rayonunda isə 1 nəfər mənzildə bağlı qapı arxasında qalıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları həyata keçirdikləri tədbirlər nəticəsində halsız vəziyyətdə aşkar edilmiş vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.

P.ƏMİRCANOV
XQ

Sosial həyat