NATO Ukraynaya dəstək üçün 100 milyard dollarlıq fond yaratmağı planlaşdırır

post-img

NATO Ukraynaya 100 milyard dollar dəyərində beş illik hərbi yardım paketi təqdim etmək planı hazırlayır. Alyans Ukraynanı Trampın ikinci prezidentliyinə gətirib çıxara biləcək “siyasi dəyişiklik küləyi”ndən belə qorumağa çalışır. 

Bu barədə “Financial Times” yazır. Qeyd olunur ki, bu təklifi baş katib Yens Stoltenberq irəli sürür. NATO xarici işlər nazirləri bunu çərşənbə günü, aprelin 3-də müzakirə edəcəklər.

Plan təsdiqlənərsə, Alyans ABŞ-ın rəhbərlik etdiyi Ramşteyn silah dəstəyi qrupuna da nəzarət edəcək. Bu, NATO-ya 2022-ci ildə Rusiyanın genişmiqyaslı hücumundan sonra ilk dəfə Ukraynaya ölümcül silah tədarükünü idarə etməyə imkan verəcək. 

Bu payızda vəzifəsini tərk edəcək baş katib iyulda Vaşinqtonda keçiriləcək NATO liderlərinin sammitinə qədər razılığa gəlməyi hədəfləyir.

S.ELAY

XQ

Dünya