Günəş tutulması ilə bağlı Niaqarada fövqəladə vəziyyət elan edilib

post-img

Kanadanın Niaqara bölgəsi apreldə baş verəcək tam Günəş tutulması ilə bağlı fövqəladə vəziyyət zonası elan edib.

“CTV News” saytı xəbər verir ki, fövqəladə vəziyyət elan edilməsindən əsas məqsəd bölgə sakinlərinin, ziyarətçilərin sağlamlığını, təhlükəsizliyini qorumaq və kritik infrastruktura dəyə biləcək zərərin qarşısını almaqdır.

Qeyd edək ki, Niaqara şəlaləsinin yerləşdiyi ərazi aprelin 8-də baş verəcək Günəş tutulmasını izləmək üçün dünyanın ən yaxşı yerlərindən biri kimi müəyyən edilib. Səlahiyyətlilər bildirib ki, təbiət hadisəsini müşahidə etmək üçün bölgəyə bir milyona qədər ziyarətçinin gələcəyi gözlənilir.

Dünya