Ümumi çəkisi 9,3 kiloqramdan artıq narkotik götürülüb

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 29-da ümumi çəkisi 9,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN mətbuat xidmətinin verdiyi məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 4,6 kiloqrama yaxın heroin, 4,2 kiloqrama yaxın marixuana və 530 qramdan çox metamfetamindən ibarət olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Sosial həyat