Əgər ABŞ-nin F-16 qırıcıları üçüncü ölkələrin aerodromlarından havaya qalxaraq Ukraynadakı münaqişədə iştirak edərsə, bu aerodromlar Rusiya hərbçiləri üçün qanuni hədəfə çevriləcək. Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib. Məlumatı “İnterfaks.ru” verib.
“Əlbəttə, əgər onlar üçüncü ölkələrin aerodromlarından istifadə edilərsə, harada olmalarından asılı olmayaraq, bizim üçün qanuni hədəfə çevrilirlər”, - deyə Putin Tver vilayətinə işgüzar səfəri zamanı hərbçilərlə söhbətin zamanı deyib.
Dövlət başçısının sözlərinə görə, “bu gün onların tanklarını, zirehli və digər texnikalarını, o cümlədən çoxsaylı raket sistemlərini məhv etdiyimiz kimi, təyyarələrini də məhv edəcəyik”.
Eyni zamanda, Putin F-16-ların göyərtəsində nüvə silahı daşıya biləcəyini xatırladıb: “Biz bunu da nəzərə almalı olacağıq”.
P.ƏMİRCANOV
XQ