Belçikanın baş naziri Alexander De Croo PKK terror təşkilatına dəstək aksiyalarına qarşı tolerant münasibəti qəbuledilməz adlandırıb. O, bu barədə ölkənin Milli Təhlükəsizlik Şurasının iclasından sonra keçirilən brifinqdə PKK tərəfdarlarının Belçikada etnik türklərə qarşı son hücumlarını şərh edərkən bildirib. Məlumatı “Anadolu” verib.
“PKK kimi terror təşkilatlarına dəstək verən hərəkətlərə və təxribatlara dözümlülük göstərmək qəbuledilməzdir”, - deyə hökumət başçısı xüsusilə qeyd edib.
O, Belçikada mövcud olan söz azadlığının bu cür hərəkətlərə əsas vermədiyini vurğulayıb. O, RKK-nın Aİ-nin terror təşkilatları siyahısına daxil edildiyini xatırladıb.
“Biz bunu aydınlaşdırmaq istəyirik: təxribatlar dayandırılmalıdır”, -deyə De Croo bəyan edib.
P.ƏMİRCANOV
XQ