Konqres ABŞ hökumətinin maliyyələşdirmə layihəsini təsdiqlədi

post-img

ABŞ Konqresinin Nümayəndələr Palatası federal hökumətin 1,2 trilyon dollarlıq maliyyələşdirmə layihəsini təsdiqləyib.

Bu barədə “Gazeta.ru” xəbər verir.

Nəşr qeyd edir ki, layihə şautdaun (dayandırılma) ərəfəsində təsdiqlənib. 286 qanunverici onun qəbul edilməsinin lehinə, 134 konqresmen isə əleyhinə çıxış edib. Təşəbbüs baxılmaq üçün ABŞ Senatına göndəriləcək.

Layihə 2024-cü maliyyə ilinin sonuna qədər ABŞ federal hökumətindən maliyyələşdirməni nəzərdə tutur. Layihəyə, həmçinin Ukraynaya 300 milyon dollar, İsrailə isə 3,3 milyard dollar yardım daxildir.

S.ELAY

XQ

 

Dünya