Ukraynanın əlbəttə ki, “Crocus City Hall”dakı atışma, partlayışlar ilə heç bir əlaqəsi yoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak özünün “X” səhifəsində yazıb.
O qeyd edib: “Ukrayna iki ildən artıqdır ki, Rusiya ordusu ilə müharibə aparır və bu müharibədə hər şey yalnız döyüş meydanında həll olunacaq. Terror hücumları heç bir problemi həll etmir.
Ukrayna heç vaxt terror üsullarına əl atmayıb. Həmişə mənasızdır”.