Almaniya 1,3 milyard avroya "Patriot" sistemləri alacaq

post-img

Almaniya Bundestaqı (parlament) Almaniyanın ehtiyacları üçün dörd "Patriot" zenit-raket kompleksinin alınmasını təsdiqləyib.

DPA-nın məlumatına görə, satınalma Müdafiə Komitəsi və büdcə komitəsi tərəfindən təsdiqlənib. Əvvəllər Almaniya Ukraynaya bu tipli 2 sistem ötürüb, indi isə 10 sistemə malikdir.

Agentlik qeyd edir ki, yeni "Patriot"ların alınması 1,3 milyard avroya başa gələcək. Sistemlərin Almaniyaya nə vaxt çatacağı açıqlanmır.

S.ELAY

XQ

Dünya