Türkiyə PKK terrorçusunu zərərsizləşdirib

post-img

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalındakı Süleymaniyyə vilayətində keçirdiyi əməliyyat zamanı terrorçu Rojda Bileni zərərsizləşdirib. Terrorçu RKK terror təşkilatının gənclər qanadının fəaliyyətinə görə “məsuliyyət daşıyırdı”. Məlumatı “Anadolu” verib. 

Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, Türkiyə xüsusi xidmət orqanları “Bişenq Brusk” kod adı ilə Bilenin Pencevin bölgəsində olduğunu müəyyən edib.

Terrorçu 2011-ci ildə PKK-ya qoşulub və “silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə Eskişehir 1-ci Ağır Cəza Məhkəməsi tərəfindən axtarışa verilib. Bundan başqa, Bilən Daxili İşlər Nazirliyinin “axtarışda olan terrorçular” siyahısında mavi kateqoriyada olub.

Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK yaraqlılarının Türkiyədə ilk dəfə qanlı cinayət törətdiyi 1984-cü ildən 2020-ci ilin mart ayına qədər 7500 türk təhlükəsizlik qüvvəsi və 6800 dinc sakin bu qanlı təşkilatın əli ilə həlak olub.

 

P.ƏMİRCANOV

XQ

Dünya