Prezident Ərdoğan: Bizi düşmənlərdən ancaq öz biləyimiz qoruya bilər

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə Silahlı Qüvvələrinin 4-cü Korpusunun komandanlığında iftarda iştirak edib. Məlumatı “Anadolu” verib. 

Prezident Ərdoğan hərbçilər qarşısında çıxış edib: “Bu yaydan etibarən biz İraqla sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik və Suriyada yarımçıq qalan işlərimizi mütləq yekunlaşdıracağıq”.

Dövlət başçısı bildirib: “Bu gün Çanaqqalada dəniz zəfərinin 109-cu ildönümünü qeyd edirik. Çanaqqala iman okeanıdır və bu iman okeanında 20-ci əsrin səlibçilərinin ordusu Çanaqqalada dəfn edilib. Çanaqqala təkcə tarixin ən böyük dəniz zəfərlərindən biri deyil, həm də parçalanmaq üzrə olan bir dövlətin, məhv etmək istədikləri bir millətin yenidən ayağa qalxdığı, inanclarını təzələdiyi böyük bir qiyamdır”.

“Güclü orduya sahib olmaq bizim üçün üstünlükdən daha böyük vəzifədir. Biz çəkindiriciliyi hər zaman ən yüksək səviyyədə saxlamalı olan ölkə, millət, orduyuq. Bir türk milləti olaraq bizi düşmənlərdən ancaq öz biləyimiz, öz gücümüz, inkişaf etmiş vasitə və imkanlarımız qoruya bilər”.

Prezident Ərdoğan Türkiyənin təkbaşına təyyarədaşıyan gəmi inşa etdiyini xatırladıb. O, daha böyük təyyarə daşıyan gəminin, eləcə də pilotsuz sualtı qayıqların inşa edildiyini bildirib.

 

P.ƏMİRCANOV

XQ

Dünya