Rusiya regionlarında prezident seçkiləri ilə bağlı səsvermə başlanıb

post-img

Bu gün Rusiya Federasiyasının regionlarında prezident seçkiləri ilə bağlı martın 15-dən 17-dək üç günlük səsvermə başlayıb. Kamçatka diyarında isə martın 14-də saat 23:00-da (Moskva vaxtı ilə) ilk seçki məntəqələri açılıb. Məlumatı “İnterfaks.ru” verib. 

Rusiya Mərkəzi Seçki Komissiyası LDPR partiyasının rəhbəri Leonid Slutskini, Dövlət Dumasının vitse-spikeri, Yeni Xalq Partiyasının üzvü Vladislav Davankovu, Dövlət Dumasının deputatı Nikolay Xaritonovu (Kommunist Partiyası fraksiyası) və hazırkı dövlət başçısı, özünün namizədliyini irəli sürmüş Vladimir Putin namizəd kimi qeydə alınıb.

Prezident seçkilərində ilk dəfə olaraq məsafədən elektron səsvermə mexanizmindən istifadə olunacaq. Bu, Rusiyanın 29 regionunda baş tutacaq: 28 regionda - federal platformada, Moskvada - öz regional platformasında. Onlayn səsvermədə iştirak etmək üçün sənədlərin qəbulu yanvarın 29-da başlayıb və martın 11-də başa çatıb.

Daha əvvəl Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova bildirmişdi ki, electron səsvermədə iştirak üçün 4 milyon 787 minə yaxın müraciət daxil olub.

P.ƏMİRCANOV
XQ

Dünya