Britaniya Aİ-yə ABŞ-ın NATO-dan çıxmasına hazırlaşmağı tövsiyə edib

post-img

Donald Tramp prezident seçkilərində qalib gələrsə, Avropa İttifaqı ABŞ-ın NATO-dan çıxmasına hazırlaşmalıdır.

Gazeta.ru xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” nəşri yazır.

NATO ölkələrindən birinin diplomatı Avropa ölkələrinə “Biz plan qurmalı və təhdidlər fonunda hərbi imkanlarımızı yenidən nəzərdən keçirməliyik” deyib.

Qeyd olunur ki, Birləşmiş Ştatlar Alyansı tərk edərsə, Avropa İttifaqının təhlükəsizlik sistemində nəhəng “çuxur” yaranacaq ki, bu da təhlükəsizlik sahəsində ABŞ-dan “həddindən artıq” asılılığın nəticəsidir.

S.ELAY

XQ

Dünya