Hollandiya Ukraynaya mərmi ilə kömək edəcək

post-img

Hollandiya Ukraynaya 100 milyon avrodan çox vəsait ayıracaq. Bu vəsaitlə Kiyevə göndərmək üçün Çexiyadan artilleriya mərmiləri alınacaq.

Bu barədə Hollandiyanın baş naziri Mark Rütte “X” sosial şəbəkədə yazıb.

O, həmçinin əlavə edib ki, Putin uzunmüddətli müharibəyə hazırlaşır: “Ona görə də biz Ukraynaya qarşı birlik nümayiş etdirməliyik”.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya