Ərdoğan: Türkiyənin müdafiə sənayesi tarixi irəliləyiş əldə edir

post-img

Türkiyənin müdafiə sənayesi tarixi irəliləyiş əldə edir. Bunu Prezident Rəcəb Tayyib Ərdoğan ölkənin cənubundakı Adana vilayətində çıxışı zamanı deyib. Məlumatı “Anadolu” verib. 

Dövlət başçısı Türkiyənin müdafiə sənayesinin məhsullarına dünya silah bazarında böyük tələbat olduğunu qeyd edib. Onun sözlərinə görə, Türkiyə istehsalı olan PUA-lar 34 ölkənin “səmasını qoruyur”.

“Biz yerli təyyarədaşıyıcının daha bir seqmentini tikəcəyik. Dəniz qüvvələrimiz bu istiqamətdə səylər göstərir”, - Türkiyə lideri əlavə edib.

Prezident əlavə edib ki, Türkiyənin xarici siyasətdə və beynəlxalq arenada artan nüfuzu “güclü müdafiə sənayesi tərəfindən dəstəklənir. Müdafiə sənayesində xarici təchizatdan asılılığımız azaldıqca beynəlxalq səhnəyə təsirimiz artır. Asiyadan Afrikaya on milyonlarla insan Türkiyənin yüksəlişinin şahidi olur”.

Türkiyənin güclü müdafiə sənayesinin arxasında artan nüfuzunun olduğuna diqqət çəkən Ərdoğan deyib: “Müdafiə sənayesində xarici ölkələrdən asılılığımız azaldıqca, beynəlxalq arenada effektivliyimiz artıb. Biz hakimiyyətə gələndə müdafiə sənayesində 80 faiz başqalarından asılı idik”.

 

P.ƏMİRCANOV

XQ

Dünya