Münxen görüşündən sonra Ermənistanla Rusiya arasında münasibətlər açıq qarşıdurma mərhələsinə qədəm qoydu və bu, Qərbin yekun mövqe tutmaq tələbi idi.
“Caliber” xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazır.
“Fransa mətbuatına müsahibəsində Nikol Paşinyan bildirib ki, Ermənistanın KTMT-yə üzvlüyü dondurulub və Rusiya ötən ilin sentyabrında Ermənistanda dövlət çevrilişinə cəhd edib. Rəsmi mənbələr həmçinin bildirirlər ki, Qərb Mher Qriqoryanın baş nazirin müavini vəzifəsində davam etdirilməsinin məqsədəuyğun olmadığı sualını qaldırıb.
Məlumdur ki, Sorosa yaxın olan hökumət nümayəndələri Mher Qriqoryandan mütəmadi olaraq Paşinyana şikayət edir, onu Rusiyaya yaxın fiqur hesab edirlər və Qriqoryanın Ermənistanda Qərbin planlarına mane olmasından şübhələnirlər. Hakim partiya da onu, ümumiyyətlə, “özlərindən biri” saymır və hesab edir ki, onun yerinə öz çevrəsindən kimsə gəlməlidir, lakin hələ də layiqli əvəzləyici tapmayıblar”, - deyə nəşr yazır.
Rizvan FİKRƏTOĞLU
XQ