İsveç PKK-ya qarşı mübarizədə Türkiyə ilə əməkdaşlığı davam etdirəcək

post-img

İsveç ölkədən baza kimi istifadə edən PKK terror təşkilatının fəaliyyətinin qarşısını almaq niyyətindədir və bu istiqamətdə bütün addımları atır. Bu barədə “Anadolu”ya müsahibəsində İsveç Dövlət Təhlükəsizlik Xidmətinin (SSEPO) rəhbəri Şarlotta fon Essen bildirib.

Essen terror məsələsində müxtəlif ölkələrlə əməkdaşlığın böyük əhəmiyyət daşıdığını və bu mənada İsveçin Türkiyə ilə yaxşı əməkdaşlıq qurduğunu qeyd edib.

“Bu il üçün təhlilimizdə PKK terror təşkilatı kimi təsnif edilməyə davam edəcək. Terror təşkilatının fəaliyyət dairəsini daraltmaq üçün bir sıra müxtəlif tədbirlər həyata keçiririk. Biz İsveçdən baza kimi istifadə edən müxtəlif RKK qurumlarının fəaliyyətini azaltmağı və qarşısını almağı gözləyirik”, - Essen bildirib.

 

P.ƏMİRCANOV

XQ

Dünya