Dünən Azərbaycan Milli Elmlər Akademiyasında ölkəmizdə akkreditə olunan xarici dövlətlərin hərbi attaşelərinin tanışlıq görüşü keçirilib.
Hərbi attaşelik aparatının nümayəndələri əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yerləşdiyi tarixi “İsmailiyyə” binası ilə tanış olublar. Qonaqlara bildirilib ki, ötən əsrin əvvəllərində Müsəlman Xeyriyyə Cəmiyyətinin qərargahı olmuş bu nadir tikilini 1918-ci ildə Bakıda kütləvi soyqırımı törətmiş erməni silahlı quldur dəstələri yandıraraq büsbütün dağıdıblar. Sonradan bərpa edilmiş bina Azərbaycan elminin məbədgahına çevrilib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli tanışlığın davamında qonaqlara milli akademiyanın yaranma tarixi və fəaliyyəti haqqında məlumat verib.
XQ

