Ermənistanın baş naziri öz səmərəsizliyini nümayiş etdirən bir sıra nazirlərdən yaxa qurtarmağı planlaşdırır. Lakin baş nazirin kadr ehtiyatı xeyli tükəndiyindən onları yeniləri ilə əvəz edə bilmir.
Bu barədə Ermənistanın “Joxovurd” və digər nəşrləri yazır.
Bu ölkə mediasının yazdığına görə, Paşinyan öz partiyasından olan parlament üzvlərini icra hakimiyyətlərində vəzifələrə cəlb etmək istəyib, hətta onlara nazir postları da təklif edib. Lakin hakim partiyanın deputatları Paşinyanı qəzəbləndirməməyə çalışmaqla yanaşı, təklifləri rədd ediblər. Buna səbəb deputatların birbaşa Paşinyanın nəzarətində olmaq istəməməsi və onunla gündəlik görüşlərdən yayınmasıdır.
Bundan əlavə, media yazır ki, hakim partiyanın üzvləri parlamentdə özlərini rahat hiss edir, deputat vəzifəsini daha “prestijli” hesab edir və buna görə də icra hakimiyyətinə keçmək istəmirlər.
Rizvan FİKRƏTOĞLU
XQ