Danimarka ehtiyatda olan bütün artilleriyasını Ukraynaya ötürmək qərarına gəlib. Həmçinin ölkə tərəfdaşlarını Ukraynaya silah tədarükünü artırmağa çağırır.
“RBC-Ukrayna” xəbər verir ki, bu barədə Danimarkanın baş naziri Mette Frederiksen məlumat verib.
Baş nazir vurğulayıb ki, Avropanın silahları var və onları Ukraynaya ötürməlidir: “Bütün artilleriyamızı Ukraynaya göndərmək qərarına gəldik. Hələ istifadə etmədiyimiz silahlarımız, sursatlarımız, hava hücumundan müdafiə sistemlərimiz var. Onları Ukraynaya köçürmək lazımdır”.
Danimarka hökumətinin başçısı həm də Ukraynanın Aİ və NATO-ya inteqrasiyasını dəstəkləyib.
Rizvan FİKRƏTOĞLU
XQ