Kanada Ukraynaya 800 dron verəcək

post-img

Ottava Ukraynaya əlavə yardım paketi çərçivəsində öz istehsalı olan 800-dən çox pilotsuz uçuş aparatı (dron) göndərəcək. Bu barədə ölkənin müdafiə naziri Bill Bleyr bəyan edib. Məlumatı “İnterfaks.ru” verib.

“Ümumi dəyəri təxminən 95 milyon dollar olan pilotsuz təyyarələr baş nazirin keçən ilin iyun ayında Kiyevə səfəri zamanı təqdim etdiyi 500 milyon dollarlıq yardım paketi hesabına ödəniləcək”, - deyə nazir bildirib.

Söhbət Kanadada istehsal olunan SkyRanger R70 dronlarından gedir, onlar “hədəfləri aşkar etmək və müəyyən etmək üçün müxtəlif kamera sistemləri və faydalı yüklərlə” təchiz edilib.

Kanadanın bu dronları aprelin əvvəlinə qədər Ukraynaya çatdıracağı gözlənilir.

Bleyer Kanadada hərbi təyinatlı məhsulların istehsalının artırılmasının zəruriliyindən də danışıb, çünki “istehsal müdafiədir”. 2022-ci ilin fevral ayından Kanada Ukraynanı dəstəkləmək üçün artıq 9,7 milyard dollar xərcləyib, bunun 2,4 milyard dolları hərbi yardımdır.

 

P.ƏMİRCANOV

XQ

Dünya