Daxili İşlər Nazirliyi qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.
Fevralın 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 5 ədəd qumbara, 2 alışdırıcı, 6 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 530 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Həmin gün polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində də 2 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 10 ədəd müxtəlif markalı tüfəng, 9 ədəd qumbara, 17 alışdırıcı, 54 ədəd patron darağı, 1575 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
P.ƏMİRCANOV
XQ