Luksorda qədim Misir sərdabəsi bərpa edilib

post-img

İyirmi ildən çox davam edən bərpa işlərindən sonra qədim Misirin XVIII Amun sülaləsinin (e.ə. 1550-1292) böyük katibi Neferhotepin sərdabəsinin rəsmi açılışı olub.

Sərdabə Luksor şəhərinin Əl-Xoxa böl­gəsində yerləşir. Burada gözəl rənglənmiş səhnələr və yazılar var. Sərdabənin bərpası­na 2000-ci ildə başlanılıb. Argentinanın Bu­enos-Ayres Universitetinin missiyası onun epiqrafik və arxeoloji aspektlərinin qeydə alın­ması və öyrənilməsinə cavabdeh idi. Almani­ya arxeoloji qrupu isə divar rəsmlərinin kon­servasiyası və təmizlənməsi ilə məşğul olub.

Sərdabədəki divar rəsmlərinin bir vaxtlar rəngarəng və yüksək bədii keyfiyyəti olsa da, XIX əsrin əvvəllərində onların bir hissəsi po­zulub. Geniş və diqqətli araşdırmadan sonra alman komandası lazerlərdən istifadə edərək, kövrək divar rəsmlərini və heroqlifləri üzə çıxarmaq üçün yeni üsul hazırlayıb. 

Bundan əlavə, divar rəsmlərini, relyef və heykəllər üzərində boş daş parçaları, çatları, ayrılmış suvaq və boya qatlarını sabitləşdir­mək üçün daha geniş konservasiya tədbirləri həyata keçirilib.

XQ

Dünya