Almaniyanın baş qərargah rəisi: Mümkün müharibəyə hazır olmalıyıq

post-img

Almaniyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Karsten Breuer ölkəsinin 5-8 il ərzində müharibəyə hazır olmasının vacibliyini vurğulayıb.

“Anadolu” xəbər verir ki, Karsten Breuer ''Welt am Zonntag'' qəzetinə verdiyi müsahibədə müharibəyə hazırlaşmağın bir proses olduğunu ifadə edərək deyib: “Bizim sonsuz vaxtımız yoxdur, çünki soyuq müharibə başa çatdıqdan sonra ilk dəfədir ki, mümkün müharibə bizə kənardan diktə olunur”.

Bunun həmin tarixdə müharibə olacağı anlamına gəlmədiyini vurğulayan Breuer deyib: “Ancaq bu mümkündür və mən əsgər olduğum üçün deyirəm ki, 5 il ərzində müharibəyə hazır olmalıyıq”.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Almaniya müdafiə xərclərini xeyli artırmaq qərarına gəlib və qabaqcıl silah sistemləri almaq və silahlı qüvvələrini modernləşdirmək üçün 100 milyard avroluq xüsusi fond yaradıb. Almaniya hökuməti Amerika istehsalı olan F-35 döyüş təyyarələrinin, “Chinook” nəqliyyat helikopterlərinin və İsrail istehsalı olan “Arrow-3” raketdən müdafiə sisteminin alınması da daxil olmaqla, çoxsaylı müqavilələr imzalamışdı.

Anar ƏLİ

XQ

Dünya