Erməni fəal: İrəvanda korrupsiya geniş yayılıb

post-img

İrəvanda korrupsiya geniş yayılıb və böyük ölçülərə çatır. Bunu fevralın 12-də Milli Assambleyada “İrəvan və korrupsiya” mövzusunda müzakirə zamanı fəal Artur Çaxoyan deyib.

Fəalın sözlərinə görə, onun korrupsiyaya qarşı mübarizədə ilk qələbəsi artıq qeydə alınıb. İrəvan meriyası onun haqlı olduğunu etiraf edib. “Beləliklə, Malatiya-Sebastiya inzibati dairəsində skamyaların yerləşdirilməsi ilə bağlı uyğunsuzluqlar var... Bircə onu qeyd edim ki, inzibati rayonun rəhbəri məni məsuliyyətə cəlb etmək niyyətində idi”, - deyə Çaxoyan bildirib.

Fəal xüsusilə İrəvandakı korrupsiya ilə bağlı, onun sözlərinə görə, ya natamam, ya da bələdiyyənin faktiki olaraq təsdiq etdiyi və ödədiyi qanun pozuntuları ilə bağlı faktları təqdim edib.

S.ELAY

XQ

Dünya