Türkiyənin məqsədi ölkənin cənub-şərqində, Qabar dağı ərazisindəki yataqdan gündəlik neft hasilatını 2024-cü ilin sonuna kimi 100 min barrelə çatdırmaqdır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zonquldak vilayətində mədənçinin abidəsi önündə keçirilən mitinqdə deyib.
Xəbəri “Anadolu” verib.
Türkiyə liderinin sözlərinə görə, hazırda Qabar dağı ərazisindəki yataqda gündəlik neft hasilatı 35 min bareli keçib.
“Ən mühüm məqsədimiz tam enerji müstəqilliyinə nail olmaqdır. Biz Türkiyənin enerji təhlükəsizliyini təmin edən təşəbbüsləri qətiyyətlə həyata keçiririk”, - Ərdoğan vurğulayıb.
P.ƏMİRCANOV
XQ