Britaniya Rusiyanın qarşısını almaq üçün Şimali Avropada hərbi varlığını artırmağı planlaşdırdığını açıqlayıb. Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps ilk mərhələdə “Steadfast Defender 24” təlimində iştirak etmək üçün Britaniya ordusu və Kral Hərbi Hava Qüvvələrindən (HHQ) 20 min hərbi qulluqçunun bütün Avropaya yerləşdiriləcəyini, daha sonra bu hərbi qulluqçuların Şimali Avropanın müxtəlif nöqtələrinə yerləşdiriləcəyini açıqlayıb.
Britaniya Müdafiə Nazirliyindən verilən açıqlamada iyun ayında başa çatacaq təlimə Britaniyanın Quru Qoşunlarından əlavə aviadaşıyıcı hücum qrupu, F35B döyüş təyyarələri, kəşfiyyat təyyarələri və helikopterlər də göndərəcəyi bildirilib.
XQ