NATO-nun Baş katibi Yens Stoltenberq “Welt” nəşrinə açıqlamasında deyib ki, Prezident Vladimir Putin ölkəsinin iqtisadiyyatını uzunmüddətli müharibəyə hazırlayır. Bu barədə “Euronews” agentliyi məlumat yayıb.
Baş katibin sözlərinə görə, alyans Rusiya ilə müharibə axtarmır: “Ancaq biz onilliklər davam edə biləcək bir qarşıdurmaya hazırlaşmalıyıq”. O, həmçinin NATO müttəfiqlərini silah sənayesini daha sürətlə genişləndirməyə çağırıb: “Əgər Putin Ukraynada qalib gəlsə, Rusiya təcavüzünün başqa ölkələrə yayılmayacağına zəmanət yoxdur”.
Stoltenberq sonra vurğulayıb ki, hazırda ən yaxşı müdafiə Ukraynanı dəstəkləmək və NATO-nun hərbi imkanlarına sərmayə qoymaqdır: “Biz sənaye bazamızı daha tez bərpa etməli və genişləndirməliyik ki, Ukraynaya tədarükləri, eyni zamanda, öz ehtiyatlarımızı artıraq. Bu, sülh dövründə zəif surətli istehsaldan münaqişə zamanı zəruri olduğu kimi sürətli istehsala keçmək deməkdir”.
NATO-nun Baş katibi açıqlamasının sonunda bir daha “Rusiya bütün iqtisadiyyatını müharibəyə yönəldir, biz də təhlükəsizliyimiz üçün daha çox şey etməliyik”, -deyə bildirib.
XQ