Macarıstanın xarici işlər naziri əmindir ki, Avropa İttifaqı artıq çəkisini itirib

post-img

Macarıstanın Xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Avropa İttifaqının ABŞ-ın nəzarətinə keçməsindən sonra siyasi çəkisini və rəqabət qabiliyyətini itirdiyi barədə fikir bildirib. Bu barədə TASS xəbər verir.

“Avropa İttifaqı bu yaxınlarda öz çəkisini, nüfuzunu və rəqabət qabiliyyətini xeyli itirdi, çünki [Ukraynadakı] müharibəni təcrid edə bilmədi və bunun əvəzinə onu faktiki olaraq qlobal etdi” - Siyarto deyib.

Nazirin sözlərinə görə, Aİ vəziyyəti sülhə çevirmək iqtidarında olmadı və münaqişə zonasına silah tədarük etməyə başladığı üçün vəziyyəti daha da ciddiləşdirib.

O, həmçinin əlavə edib ki, Avropa İttifaqı öz vətəndaşlarını kütləvi qanunsuz miqrasiya axınından qoruya bilməyib və öz iqtisadi rəqabət qabiliyyətini artıra bilməyib.

Siyartoya görə, bu, Avropa İttifaqının və Avropa dövlətlərinin hazırkı rəhbərliyinin praktiki olaraq öz iradəsini tərk edərək “bir növ müşahidə rejiminə” keçməsi səbəbindən baş verib. O, siyasətçilərin Vaşinqtonun gözləntilərinə uyğun hərəkət etdiklərinə inanır.

S.ELAY

XQ

Dünya