İstanbulda məhkəməyə hücum cəhdi

post-img

Dünən Türkiyədə İstanbul Çağlayan Ədliyyə binasına hücum cəhdi olub. 

Hücum edən şəxslərin hər ikisi – bir kişi və bir qadın öldürülüb. Hadisə nəti­cəsində, 3-ü polis olmaqla, 6 nəfər yara­lanıb.

DİN başçısı Ali Yerlikaya hücum edənlərin DHKP/C terror təşkilatının üzv­ləri olduğunu bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ər­doğan deyib ki, Türkiyədə İstanbul Çağ­layan Ədliyyə binası qarşısında terrora cəhd edənlərin havadarları və dəktəkçilə­ri cəzalandırılacaqlar.

“Cümhur İttifaqı söz verir və yerinə yetirir. Ədliyyə binası qarşısında törədilən terror aktında xainlər öz mənfur məqsəd­lərinə nail ola bilmədilər. Türkiyə heç bir ayrı-seçkilik etmədən bütün terror təşki­latlarına və onların dəstəkçilərinə qarşı mübarizəni qətiyyətlə davam etdirəcək”, – deyə Ərdoğan bildirib.

XQ

Dünya