Estoniyanın Ukraynaya hərbi yardımı

post-img

Estoniya Ukraynaya yeni hərbi yardım paketi, o cümlədən tank əleyhinə “Javelin” sistemi göndərdiyini açıqlayıb. Estoniya Müdafiə Nazirliyindən verilən məlumata görə, paketə “Javelin” sistemi tank əleyhinə raketləri, həmçinin pulemyotlar, atıcı silahların sursatları, quru və amfibiya texnikası və dalğıc ləvazimatları daxildir.

80 milyon dollar dəyərində olan bu yardım paketinin transferi ötən ilin de­kabrında Estoniya hökuməti tərəfindən qəbul edilib.

Təhvil verilən silah və texnikanın dəqiq sayı, çatma vaxtı və digər çatdırıl­ma təfərrüatları təhlükəsizlik baxımından açıqlanmayıb.

Estoniya Müdafiə Nazirliyi 2023-cü ildə Ukraynaya təxminən 500 milyon avro dəyərində hərbi yardım edib.

XQ

Dünya